DÜNYA

12 Sentyabr

Pentaqon Rusiya və Avropada nüvə partlayışının nəticələrini simulyasiya edəcək

Pentaqon aqrar sektor, o cümlədən Şərqi Avropa və Rusiya üçün modelləşdirmə zonasında nüvə partlayışının nəticələrinin hesablanması üçün müqavilə bağlamaq niyyətindədir.

Finss.az xəbər verir ki, nəşrin nəzərdən keçirdiyi sənədlərə əsasən, podratçıdan “keçmiş Şərq Bloku ölkələrini əhatə edəcək şəkildə simulyasiyanın coğrafi əhatəsini genişləndirmək” üçün proqram təminatı və kompüter kodundan istifadə etməsi tələb olunur.

ABŞ Müdafiə Nazirliyi həmçinin “Şərqi Avropa və Qərbi Rusiyadan kənar regionlar üçün yenilənmiş proqram kodunu” görmək istəyir.

Kaira Agayeva 

Finss.az