DÜNYA

12 Sentyabr

Ukrayna enerji obyektlərinə hücumlar səbəbindən nüvə böhranı riskini açıqlayıb

Ukraynanın energetika naziri German Qaluşenko bildirib ki, ölkənin elektrik şəbəkəsinə növbəti hava zərbələri atom elektrik stansiyalarından birində fövqəladə vəziyyətə səbəb ola bilər.

Ukrayna ərazisində üç atom elektrik stansiyası fəaliyyət göstərir - Rivne, Xmelnitski və Cənubi Ukrayna. Qaluşenkonun qeyd etdiyi kimi, ölkədə minlərlə elektrik yarımstansiyası da var.

Finss.az xəbər verir ki, atom elektrik stansiyaları ilə bağlı on əsas komponent təhlükə altındadır ki, onların məhv edilməsi Ukraynanı “qaranlığa” qərq edə və radiasiya ilə bağlı fövqəladə vəziyyət yarada bilər. Nazir bildirib ki, Rusiyanın hava hücumları nüvə risklərini ölkənin Avropa İttifaqı ilə sərhədlərinə yaxınlaşdırır.

Kaira Agayeva 

Finss.az