DÜNYA

12 Sentyabr

Türkiyədə ağır yol qəzası olub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Türkiyənin Malatya şəhərində işçiləri daşıyan maşınla minik avtomobili toqquşub.

Finss.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırmalar başlanılıb.

Kaira Agayeva 

Finss.az