DÜNYA

12 Sentyabr

Çexiya hakimiyyəti dağıdıcı daşqınlarla bağlı xəbərdarlıq edib

Çexiya hakimiyyəti ölkədə 997 və 2002-ci illərdə yağıntılar nəticəsində onlarla insanın həyatına son qoyan dağıdıcı daşqınların təkrarlanması təhlükəsi barədə xəbərdarlıq edib.

Finss.az xəbər verir ki, sel təhlükəsi meteoroloji xidmətin yaxın 4-5 gün ərzində leysan yağacağı, ölkənin bəzi ərazilərində hər kvadratmetrə 300 mm-dən çox yağıntının düşəcəyi ilə bağlı verdiyi xəbərdarlığa görə yaranıb.

“Növbəti dörd, bəlkə də beş gün ərzində bizi gözləyən vəziyyət, təəssüf ki, 1997 və 2002-ci illərdə respublikada böyük daşqınlara səbəb olan vəziyyəti çox xatırladır. Həmin daşqınlar 67 nəfərin həyatına son qoyub, maddi ziyan isə 5 milyard avronu keçib”.

Meteoroloqların xəbərdarlıq etdiyi leysan yağışları nəticəsində daşqınlar, çaylarda və su anbarlarında sululuğun gözlənilən kəskin artımı ölkənin bütün rayonlarında baş verə bilər. Üstəlik, onların ən böyük ehtimalı ölkənin şərqində proqnozlaşdırılır.

Səlahiyyətlilər yaxın günlərdə planlaşdırılan kütləvi tədbirləri açıq havada keçirməkdən çəkinməyi, yaşayış məntəqələrinin bələdiyyələrinə isə fövqəladə vəziyyət zamanı sakinlərin təxliyə planlarını hazırlamağı tövsiyə edib.

Kaira Agayeva 

Finss.az