DÜNYA

12 Sentyabr

Pentaqon AMRAAM raketlərinin istehsalına, o cümlədən Ukraynaya 1,2 milyard dollar ayırıb

ABŞ Müdafiə Nazirliyi Amerikanın Raytheon şirkəti ilə AMRAAM (Advanced Medium Range Air-to-Air Missile) orta mənzilli raketlərin və müvafiq avadanlıqların istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə imzalayıb, Pentaqonun saytında yerləşdirilən məlumatda deyilir.

Finss.az xəbər verir ki, AMRAAM F-15C, F-15E, F-16, F/A-18C/D, F/A-18E/F, F-22 qırıcılarının əsas silahıdır. Bir raketin qiyməti modifikasiyadan asılı olaraq 1,2 milyon dollardan 1,97 milyon dollara qədər dəyişir.

Sənəddən belə çıxır ki, müqavilə çərçivəsində raket və avadanlıqların bir neçə ölkəyə ötürülməsi planlaşdırılır. Onların arasında Ukrayna, Bolqarıstan, Yaponiya, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Bəhreyn, Norveç, Finlandiya və İsveçrə var. Müqavilə üzrə işlərin 31 dekabr 2028-ci il tarixinədək başa çatdırılması nəzərdə tutulur.

İyulun sonunda Pentaqon Northrop Grumman ilə 1,45 milyard dollar dəyərində doqquz E-2 Advanced Hawkeye radar aşkarlama təyyarəsinin tədarükü üçün müqavilə bağladı.
 

Kaira Agayeva 

Finss.az