DÜNYA

12 Sentyabr

Blinken Ukraynanın NATO-ya daxil olmasını qaçılmaz adlandırıb

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, NATO ölkələri Ukraynanın alyansa daxil olmasının labüdlüyünə əminlik ifadə edib və onun artıq bu yolda olduğunu təsdiqləyib. 

Finss.az xəbər verir ki, Blinken vurğulayıb ki, tamhüquqlu üzvlük üçün Ukrayna NATO standartlarına cavab vermək üçün zəruri olan bir sıra islahatlar aparmalıdır. Moskva Ukraynanın NATO-ya daxil olmasına qarşıdır.

İyun ayında prezident Vladimir Putin Ukraynanın alyansa qoşulmaqdan imtina etməsini Ukrayna qoşunlarının DXR, LXR, Zaporojye və Xerson vilayətlərindən çıxarılması ilə yanaşı, atəşkəs və danışıqlara başlamaq üçün şərtlərdən biri adlandırıb. “Radiotochka NSN” xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bunu ultimatum kimi qiymətləndirib.

Kaira Agayeva 

Finss.az