DÜNYA

11 Sentyabr

Həştərxanda Xəzəryanı ölkələrin Ticarət və Sənaye Palatasının iclası keçiriləcək

Finss.az xəbər verir ki, Xəzəryanı dövlətlərin ticarət və sənaye palatalarının nümayəndələri oktyabrda Həştərxanda Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının XXI iclasında bir araya gələcəklər.

“Oktyabrın 30-31-də Həştərxanda Xəzəryanı ölkələrin Ticarət və Sənaye Palatalarının (SPA) Beynəlxalq İşgüzar Əməkdaşlıq Şurasının XXI iclasında Azərbaycan, İran, Qazaxıstanın dövlət orqanlarının və işgüzar dairələrinin nümayəndələri, Rusiya Federasiyası və Türkmənistan Xəzəryanı dövlətlərin ekspertləri, alimləri, ictimai təşkilatlarının rəhbərləri ilə görüşəcəklər”.

“Business Caspian” adlanan bu görüşün təşkilatçısı Həştərxan Ticarət və Sənaye Palatası İttifaqıdır. Tədbirin məqsədi Xəzəryanı dövlətlərin Ticarət və Sənaye Palatası, biznes və məsul strukturları arasında əməkdaşlığı gücləndirmək, regionun ticarət-iqtisadi inkişaf perspektivlərini müzakirə etməkdir.

Kaira Agayeva 

Finss.az