İran tərəfi BRİKS çərçivəsində xüsusi təhlükəsizlik strukturunun yaradılmasını təklif edib.
Finss.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Sankt-Peterburqda BRİKS+ ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrinin görüşündə deyib.
Onun sözlərinə görə, strukturun vəzifəsi təhdidlərə - terrorizmə, ekstremizmə, bioloji silahların hazırlanmasına qarşı mübarizə, həmçinin süni intellekt və peyk sistemləri kimi innovativ texnologiyaların qanunsuz məqsədlər üçün istifadəsinə qarşı mübarizə ola bilər.
Kaira Agayeva
Finss.az