DÜNYA

11 Sentyabr

Blinken və Lemmi Ukraynanın paytaxtına gəliblər

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Kiyevə gəlib. Bu, onların son illərdə ilk birgə səfəridir.

Finss.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Onların paytaxtın dəmir yolu vağzalına Polşadan qatarla gəldiyi bildirilir.

Bir gün əvvəl onlayn brifinq zamanı Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Blinken səfər zamanı döyüş meydanındakı vəziyyətlə tanış olmağı və yaxınlaşan qışı nəzərə alaraq Ukraynanın yaxın həftələr və aylardakı ehtiyaclarını müzakirə etməyi planlaşdırır.

O, həmçinin bildirib ki, Blinken Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq və onunla Ukrayna dövlət başçısının sülh təkliflərinin irəli sürülməsini müzakirə edəcək.

Kaira Agayeva 

Finss.az