DÜNYA

11 Sentyabr

Özbəkistan Tacikistanla yük daşımalarının sadələşdirilməsini təsdiqləyib

Finss.az çərşənbə günü Özbəkistanın Milli Qanunvericilik Bazasına istinadən xəbər verir ki, Özbəkistan Tacikistanla yük daşımalarının sadələşdirilməsini təsdiqləyib.

Məlumata görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə Özbəkistan hökuməti ilə Tacikistan hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişə əlavə və dəyişikliklər edilməsi haqqında Protokol təsdiq edilib.

2018-ci il martın 9-da imzalanmış bu müqavilə iki ölkə arasında beynəlxalq avtomobil daşımalarının qaydalarını tənzimləyir.

2024-cü il aprelin 18-də Düşənbədə imzalanan yeni protokola əsasən, yük avtomobillərinin hər iki dövlətin ərazisindən tranzit keçidi artıq icazə blanklarının alınmasına ehtiyac olmadan həyata keçiriləcək.

Kaira Agayeva 

Finss.az