DÜNYA

11 Sentyabr

Vyetnamda "Yagi" qasırğası 140-dan çox insanın həyatına son qoyub

Vyetnamda "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb, AFP yerli hökumətin məlumatlarına istinadən xəbər verir. Daha 58 nəfər hələ də itkin sayılır.

Finss.az xəbər verir ki, Vyetnamın şimalında qəfil daşqın bütöv bir kəndi yuyub apardıqdan sonra qurbanların sayı artıb. Nəticədə ən azı 16 nəfər ölüb, onlarla insan itkin düşüb. Kənd Təsərrüfatı Nazirliyi əlverişsiz hava şəraiti səbəbindən 210 min hektara yaxın əkin sahəsinin məhv olduğunu bildirib. 700-dən çox insan yaralanıb.

"Yagi" super tayfunu sentyabrın 1-də Cənub-Şərqi Asiyanı vurdu. Filippin, Çin və Honq Konqda da ölümlərə səbəb olub. Filippin Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması Şurası təbii fəlakətin vurduğu zərəri 1,36 milyard Filippin pesosu (27,57 milyon dollar) səviyyəsində qiymətləndirib.

Kaira Agayeva 

Finss.az