DÜNYA

11 Sentyabr

Drezdendə körpünün böyük hissəsi uçub

Almaniyanın Drezden şəhərində Carolabrücke körpüsünün 100 metr uzunluğunda hissəsi Elba çayına düşüb, Bild qəzeti yazır. Dağılan əraziyə tramvay yolları və səkinin bir hissəsi daxil olub. Heç kim xəsarət almayıb.

Finss.az xəbər verir ki, Fövqəladə hadisə sentyabrın 11-nə keçən gecə baş verib. Buna nəyin səbəb olduğu hələlik məlum deyil. Körpünün bir hissəsinin uçması iki əsas istilik xəttinə də ziyan vurub. Bu səbəbdən bütün şəhərdə söndürülüb. Hadisə nəticəsində sahilin bir hissəsi də su altında qalıb. Təcili yardım xidmətləri körpünün ətrafındakı bütün ərazini bağlayıb.

Nəşrin aydınlaşdırdığı kimi, Carolabrücke Drezdendəki əsas körpülərdən biridir. Sentyabr ayında körpüyə bir velosiped zolağı əlavə edilib və bir avtomobil zolağı çıxarılıb.

Kaira Agayeva 

Finss.az