DÜNYA

11 Sentyabr

Antoni Blinken Ukrayna və Polşaya səfər edəcək

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Ukraynaya səfər edəcək. Finss.az xəbər verir ki, səfər zamanı onlar Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna hökumətinin yüksək səviyyəli rəsmiləri ilə görüşəcəklər. Tərəflər Ukraynanın müdafiəsi üçün davam edən dəstək və Ukraynanın uzunmüddətli perspektivdə hərbi, iqtisadi və demokratik cəhətdən inkişafının təmin edilməsi barədə müzakirə aparacaqlar. 

A.Blinken sentyabrın 12-si Polşaya səfər edəcək. Yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən müdafiə və enerji sahələrində əməkdaşlığın dərinləşməsi və NATO müttəfiqi kimi Ukraynanın müdafiəsinə dəstək məsələləri müzakirə ediləcək.

Kaira Agayeva 

Finss.az