DÜNYA

11 Sentyabr

Britaniya hökuməti sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır

Böyük Britaniya hökuməti təhlükəsizliyi artırmaq üçün sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır. 

Finss.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyaya səyahət edərkən vizaya ehtiyacı olmayan ölkələrin vətəndaşları indi Britaniyaya daxil olmadan əvvəl səyahət icazəsi almalıdırlar. Bu ya Elektron Səyahət İcazəsi (ETA) və ya eVisa vasitəsilə ola bilər. 

Elektron Səyahət İcazəsi rəqəmsal olaraq səyahətçinin pasportu ilə əlaqələndirilir və insanların Böyük Britaniyaya səyahətinə başlamazdan əvvəl daha möhkəm təhlükəsizlik yoxlamalarının aparılmasını təmin edəcək. ETA-nın qiyməti 10 funt sterlinq olacaq və iki il müddətinə, ya da pasportun müddəti bitənədək Böyük Britaniyada altı aya qədər qalmağa imkan verəcək.

Kaira Agayeva 

Finss.az