DÜNYA

11 Sentyabr

AERA və DEA yaşıl enerji bazarının inkişafını müzakirə ediblər

Finss.az xəbər verir ki, Azərbaycan Enerji Tənzimləmə Agentliyi (AERA) və Danimarka Enerji Agentliyinin (DEA) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, DEA-nın nümayəndəsi Saymon Floe Nilsen, eləcə də hər iki tərəfdən mütəxəssislər iştirak ediblər.

“Tərəflər bərpa olunan enerjinin şəbəkəyə inteqrasiyası və yaşıl enerjiyə keçidlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır.

Bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin ümumi elektrik şəbəkəsinə inteqrasiyası məsələsi yaşıl enerji planlarının uğurla həyata keçirilməsi üçün ən vacib məsələlərdən biridir.

Kaira Agayeva 

Finss.az