DÜNYA

10 Sentyabr

Kreml Tramp-Harris debatına baxmayacaq

Finss.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kəmalə Harris arasında keçiriləcək debata baxmayacaq. 

“Xeyr, biz izləməyi planlaşdırmırıq və nəyisə gözləmək bizim işimiz deyil, bu, amerikalı seçicilərin işidir”, - deyə cənab Peskov jurnalistlərin sualını cavablandırıb.

Debat Filadelfiyada keçiriləcək və ABC News tərəfindən yayımlanacaq. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Vitse-prezident Kamala Harris Demokratlar Partiyasından Donald Trampla mübarizə aparır. Əvvəlcə hazırkı prezident Co Bayden demokrat kimi namizədliyini irəli sürməli idi. Bununla belə, o, iyul ayında cənab Trampla fəlakətli debatdan sonra seçkidən çəkilib. The New York Times və Siena College İnstitutunun keçirdiyi sorğuya əsasən, respondentlərin 48%-i cənab Trampı, 47%-i xanım Harrisi dəstəkləyir.

Kaira Agayeva 

Finss.az