DÜNYA

10 Sentyabr

NATO ölkələri Rusiya sərhədləri yaxınlığında bir sıra hərbi təlimlərə başlayacaq

Şimali Atlantika Alyansı bir sıra təlimlərə başlayıb. Təlimin birinci mərhələsi sentyabrın 11-dən 20-dək Almaniyada “Steadfast Foxtrot 2024” adlanır.

Finss.az xəbər verir ki, Alyansın izah etdiyi kimi, Steadfast Foxtrot 2024 “hərbi qüvvələri dəstəkləmək və gücləndirmək üçün missiyaların planlaşdırılması və icrasına yönəlmiş strateji, əməliyyat və taktiki səviyyəli funksional simulyasiya məşqidir”. Təlimlərdə həm NATO-nun hərbi strukturunun, həm də alyansın dəstək və təchizat agentliyinin nümayəndələri iştirak edəcək.

Manevrlərə ABŞ ordusunun generalı Kristofer Kavolinin rəhbərlik etdiyi NATO-nun Avropadakı Ali Komandanlığı rəhbərlik edəcək.

Sentyabrın 30-dan oktyabrın 11-dək Yunanıstanda Ramstein Flag 2024 adlı NATO təlimləri keçiriləcək. Bunlar NATO Hava Komandanlığının sponsorluğu ilə iştirakçı ölkələrə yüksək texnologiyalı təlim imkanları təqdim etmək məqsədi daşıyan manevrlərdir. Bunlara "mürəkkəb əməliyyat mühitlərində real missiya dəstləri" daxildir.

Kaira Agayeva 

Finss.az