DÜNYA

10 Sentyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər həlak olub

Moskva vilayətinin Ramensk şəhərinə PUA hücumu nəticəsində bir qadın ölüb, dörd nəfər yaralanıb.

Finss.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib. 

Qeyd edilib ki, PUA-nın yaşayış binasına çırpılmasından sonra yanğın başlayıb. Binadan 43 nəfər təxliyə edilib. Qubernator ümumilikdə bu gecə Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin 144 PUA zərərsizləşdirdiyini qeyd edib.

Kaira Agayeva 

Finss.az