DÜNYA

10 Sentyabr

Hindistan fikir ayrılıqlarına görə BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin mənfi nəticələrini açıqlayıb

BMT Təhlükəsizlik Şurasında (TŞ) siyasi fikir ayrılıqları təşkilatın sülhməramlı fəaliyyətinə mənfi təsir göstərib.

Finss.az xəbər verir ki, bu fikri Hindistanın BMT-dəki yeni daimi nümayəndəsi Parvataneni Hariş Təhlükəsizlik Şurasında ilk çıxışı zamanı deyib. Hariş, Təhlükəsizlik Şurasının işinin yarıdan çoxunun Afrikaya yönəldiyini söylədi, "Hindistan, qitədəki ölkələrin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında Afrika təmsilçiliyinin artırılmasına çağırdı".

Hariş qeyd edib ki, Hindistan son 70 ildə 50-dən çox missiyada dörddə bir milyondan çox hərbçi yerləşdirərək sülhməramlı əməliyyatların ən böyük iştirakçısıdır.

Daimi Nümayəndənin qeyd etdiyi kimi, “əsas qoşun yerləşdirən ölkələrin qərarların qəbulu prosesində fəal iştirak etməsi vacibdir”.

Kaira Agayeva 

Finss.az