DÜNYA

10 Sentyabr

Hollandiyada ictimai nəqliyyat işçiləri tətilə çıxıblar

Bu səhər Hollandiyanın üç ən böyük şəhərində - Amsterdam, Haaqa və Rotterdamda ictimai nəqliyyat işçilərinin irimiqyaslı tətili keçirilib.

Fins.az xəbər verir ki, bu barədə “Proviciale Zeeuwse Courant” (PZC) qəzeti məlumat yayıb.

Tətilin səbəbi işçilərin tez-tez gecə növbəsi, qeyri-müntəzəm iş qrafiki və işin şiddətindən narazılığı olub.

Tətil yerli vaxtla saat 04:00-dan 08:00-a qədər davam edib. Bu müddət ərzində şəhərlərdə avtobuslar və tramvaylar işləmirdi, Amsterdam və Rotterdamda da metro yox idi. Yerli nəqliyyat şirkətləri GVB (Amsterdam), RET (Rotterdam) və HTM (Haaqa) sakinlərə xəbərdarlıq ediblər ki, tətilin başa çatmasına baxmayaraq, hərəkətin normallaşmasına bir qədər vaxt lazımdır.

“Gözlənilir ki, [Amsterdam] metrosunda ilk qatarlar saat 08:30 radələrində hərəkətə başlayacaq, avtobuslar və tramvaylar isə ondan əvvəl işə düşəcək”, – qəzet Amsterdam metrosunun operatoru GVB şirkətinin nümayəndəsindən sitat gətirir. . Bununla belə, planlaşdırıldığı kimi tam işləməyə qayıtmaq üçün bütün səhər lazım olacaq.

Kaira Agayeva 

Fins.az