DÜNYA

10 Sentyabr

Brüsseldəki Audi zavodu bağlana bilər - işçilər zavodu ələ keçiriblər

Brüsseldə yerli “Audi” avtomobil yığma zavodunun işçiləri zavodu ələ keçirib və orada istehsal olunan avtomobilləri müsadirə ediblər. Zavodun giriş-çıxışları yanan təkərlərlə bağlanıb.

Finss.az xəbər verir ki, Audi bu yaxınlarda Brüsseldə yeni avtomobillərin yığılmasını dayandıracağını və işçilərini ixtisar edəcəyini açıqlamışdı. Cavab olaraq əslində zavodu ələ keçirdilər. İndi yüzlərlə işçinin nəzarəti altındadır. Audi-nin problemləri başqa bir Avropa avtomobil nəhəngi Volkswagen-in problemlərinə bənzəyir. Alman şirkəti Almaniyadakı bir sıra fabriklərini bağlamaq və 100 minə qədər işçini ixtisar etmək niyyətindədir.

Kaira Agayeva 

Finss.az