DÜNYA

22 Avqust

Çin nüvə silahlarını geri qaytarıb

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çinə qarşı yönəlmiş yeni nüvə strategiyası ilə bağlı xəbərlərə kəskin reaksiya göstərib.

Nazirliyin sözçüsü Mao Ning, ABŞ-ı dünyada strateji risklərin və nüvə təhlükələrinin əsas mənbəyi olmaqda ittiham edib.

Finss.az xəbər verir ki, Amerika mediası, ABŞ prezidenti Co Baydenin Çinin nüvə potensialına qarşı gizli bir strateji sənəd imzaladığını bildirmişdi. Çin bu plana narahatlıqla yanaşaraq, ABŞ-ı anti-Çin qorxusunu yaymaqda günahlandırıb.

Kaira Agayeva 

Finss.az