DÜNYA

22 Avqust

Olimpiya bürünc mükafatçısı Dauren Kuruqlievə Dərbənddə mənzil hədiyyə edilib

Paris Olimpiadasında Yunanıstan uğrunda mübarizə apararaq bürünc medal qazanan sərbəst güləşçi Dauren Kuruqliev Dərbənd şəhərində mənzillə təltif edilib. Dərbənddə anadan olmuş Kuruqliev, 2023-cü ildə Yunanıstan millisinə qoşulub.

Finss.az xəbər verir ki, Dərbənd meriyası tərəfindən təşkil edilən tədbirdə ona yerli tikinti şirkəti "Effect Development" tərəfindən mənzil sertifikatı təqdim olunub. Dərbəndin bələdiyyə sədri Əhməd Kuliyev Kuruqliyevdən növbəti Olimpiya Oyunlarında qızıl medal gözlədiklərini bildirib.

Kaira Agayeva 

Finss.az