DÜNYA

22 Avqust

Hizbullah raket yağışı yağdırır

İsrail və Fələstin arasında sülh danışıqlarının yeni raundu ərəfəsində diqqət İsrailin şimal sərhədinə yönəlib. Avqustun 20 və 21-də Livanın Hizbullah qruplaşması İsrail ərazilərini 180-dən çox raket və pilotsuz təyyarələrlə hədəf alıb. Hizbullah bu hücumların İsrailin Livandakı Bekaa vadisinə endirdiyi zərbələrə cavab olduğunu bildirib.

Finss.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) hücumların əksəriyyətini hava hücumundan müdafiə sistemi ilə qarşılayıb, lakin bəzi raketlər yaşayış məntəqələrinə zərər yetirib. Hizbullahın hücumları və İsrailin cavab tədbirləri regionda gərginliyin artmasına səbəb olub, İsrail yenidən Livana mümkün hərbi müdaxilədən danışmağa başlayıb.

Kaira Agayeva 

Finss.az