DÜNYA

21 Avqust

Medvedev bildirib ki, Ukrayna ilə heç bir danışıqlar olmayacaq

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya “danışıq tələsinə” düşmək təhlükəsi ilə üz-üzədir. Söhbət beynəlxalq ictimaiyyətin təklif etdiyi və “Kiyev rejiminə tətbiq edilən” “erkən lazımsız danışıqlardan” gedir. Rusiyanın keçmiş prezidenti hesab edir ki, Ukraynanın Kursk vilayətinə hücumundan sonra heç bir danışıqlar olmayacaq.

Finss.az xəbər verir ki, Ukrayna beynəlxalq platformalarda özünün “sülh formulunu” təbliğ edir ki, bu da digər məsələlərlə yanaşı, Rusiya qoşunlarının çıxarılmasını və ölkənin 1991-ci il sərhədlərinə qədər bərpasını nəzərdə tutur.

Rusiya prezidenti Vladimir Putin iyun ayında sülh təklifləri çərçivəsində Ukraynadan qoşunlarını Luqansk və Donetsk xalq respublikalarından, Xerson və Zaporojye vilayətlərindən çıxarmağı, həmçinin neytral, nüvəsiz statusun yaradılmasını və NATO-ya üzv olmaq istəklərindən əl çəkməsini tələb edib. Ukrayna ordusunun Kursk vilayətinə hücumundan sonra cənab Putin bildirib ki, indi Kiyevlə danışılası heç nə yoxdur.