DÜNYA

21 Avqust

Yaponiya hava limanında qayçı çatışmazlığı səbəbindən 36 reys təxirə salınıb

Yaponiyanın New Chitose hava limanında əməliyyatlar iki saat ərzində iflic olub. Gediş gözləmə yerindəki mağazaların birində işçilərin istifadə etdiyi qayçı yoxa çıxıb. Hadisə avqustun 17-də baş verib. Hava limanında 36 reys təxirə salınıb, daha 201 reys gecikib.

Finss.az xəbər verir ki, aeroport administrasiyası qayçının potensial terrorçu tərəfindən oğurlana və təyyarənin göyərtəsində silah kimi istifadə oluna biləcəyindən ehtiyat edib. Təhlükəsizlik əməkdaşları iki saat axtarış aparıblar. Bəzi sərnişinlər yenidən təhlükəsizlik yoxlamasından keçməli olublar.

Sərnişinlər arasında Yaponiyanın 9mm Parabellum Bullet rok qrupunun üzvləri də olub. Hava limanındakı gecikmələrə görə onlar Hokkaydoda hər il keçirilən Rising Sun musiqi festivalında çıxışlarını buraxmalı olublar. Daha sonra qrupun rəsmi saytında "Mütləq qisas alacağıq!" yazısı dərc olunub.

Qayçı yalnız ertəsi gün, avqustun 18-də səhər saatlarında tapılıb. Onları həmin mağazada onun işçisi aşkar edib.

Kaira Agayeva 

Finss.az