İtaliyanın cənub-qərbində, Neapolda 11 milyon avro dəyərində əskinas istehsal etməkdə şübhəli bilinən saxtakar həbs edilib.
Finss.az xəbər verir ki, əməliyyat avqustun 14-də baş tutub, yeraltı mətbəə sökülüb. Müstəntiqlərin fikrincə, həmin şəxs 2023-cü ildə aşkar edilən və dövriyyədən çıxarılan bütün saxta avro əskinaslarının 27%-dən çoxunu buraxıb. Söhbət təxminən 8 milyon avrodan gedir.
Bundan əlavə, dövriyyəyə buraxılmazdan əvvəl bütün Avropada təxminən 950.000 avro (əsasən 20, 50 və 100 avro nominalında) müsadirə edilib. Nəhayət, Neapoldakı mətbəədən 3 milyon avro dəyərində əskinaslar götürülüb.
Kaira Agayeva
Finss.az