DÜNYA

21 Avqust

BMT ekspertləri Yeni Kaledoniyadakı kanakların vəziyyəti ilə bağlı xəbərdarlıq ediblər

BMT ekspertləri, Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi qanunvericilik islahatlarının kanak xalqının hüquqlarını ciddi şəkildə təhdid etdiyini bildiriblər. Ekspertlərin fikrincə, bu islahatlar Numea sazişinin əldə etdiyi nailiyyətləri təhlükə altına alır və kanakların fundamental hüquqlarını pozur.

Finss.az xəbər verir ki, BMT-nin kommünikesində, Fransa Daxili İşlər Nazirliyinin yanvarda təqdim etdiyi “Marty” layihəsinin, 1998-ci ildə imzalanmış Numea sazişinin prinsiplərinə zidd olduğu vurğulanır. Bu saziş, kanak xalqının kimliyinin və adət-ənənələrinin tanınmasını təmin edən səlahiyyətlərin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tuturdu.

Ekspertlər, Fransa hökumətinin kanakların iştirak və məsləhətləşmə hüquqlarını nəzərə almadığını, eyni zamanda dekolonizasiya prosesini təhlükə altına qoyduğunu qeyd edirlər. Onların sözlərinə görə, islahatlar, xüsusilə də may ayında zorakılıqla müşayiət olunan hadisələr nəticəsində on minlərlə insanın dinc protestlərinin qarşısını alıb. Fransa hakimiyyətinin cavabı, bir neçə ölüm, yüzlərlə yaralanma və 500-dən çox itkin düşmə ilə nəticələnib. Ekspertlər, müstəqillik tərəfdarlarına qarşı silahlı polis qüvvələrinin istifadəsindən də narahatdırlar.

Kaira Agayeva

Finss.az