DÜNYA

21 Avqust

Avstraliya Sinqapurda günəş enerjisi ixracına dair layihəni təsdiq edib

Avstraliya hökuməti, 13,5 milyard dollarlıq "SunCable" layihəsini təsdiqləyib. Bu layihə, Avstraliyanın şimalında yerləşən nəhəng günəş fermasından Sinqapura 4,300 kilometr dənizaltı kabel vasitəsilə elektrik enerjisi göndərəcək.

Finss.az xəbər verir ki, Avstraliyanın ətraf mühit naziri Tanya Plibersek, layihənin həm ölkə daxilində, həm də xaricdə bərpa olunan enerji ehtiyaclarını qarşılamağa kömək edəcəyini qeyd edib.

Layihənin yekun investisiya qərarının 2027-ci ildə veriləcəyi, günəş enerjisi təchizatının isə 2030-cu illərin əvvəlində başlayacağı gözlənilir. "SunCable" layihəsi, Avstraliyanın Darvin şəhəri ilə Sinqapuru 6 giqavata qədər təmiz elektrik enerjisi ilə təmin edəcək. Layihə, marsupial (kisəli) heyvanlarının yaşadığı mühitin qorunması şərtləri ilə həyata keçiriləcək.

Kaira Agayeva 

Finss.az