DÜNYA

21 Avqust

Gürcüstanda COVID-19-a yoluxma halları artıb

Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.

Finss.az xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: "Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub".

Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.

Kaira Agayeva 

Finss.az