DÜNYA

21 Avqust

Vodafone şirkəti Özbəkistan bazarına daxil olmağı planlaşdırır

"Mobil operator "Vodafone" Özbəkistan bazarına daxil olmağı planlaşdırır."

Bu barədə sahibkar Fərxod Mamatcanov avqustun 20-də Nukusda prezidentlə görüşündə bildirib.

Finss.az xəbər verir ki, Farxod Mamatcanov "UzTex Group" toxuculuq şirkətinin təsisçisi və "İnfinBank"ın əsas səhmdarı olmaqla yanaşı, bir sıra digər bizneslərin də sahibidir. O qeyd edib ki, rəhbərlik etdiyi strukturlar Özbəkistanda 5G Standalone mobil rabitəni tətbiq etmək məqsədi ilə dünyanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Böyük Britaniyanın "Vodafone" operatoru ilə əməkdaşlığa başlayıb.

“Biz "Perfectum" şirkətini özəlləşdirmişik. Bank daxilində araşdırma aparandan sonra belə qənaətə gəldik ki, aşağı səviyyədə fərdi sahibkarlara müraciət etmək üçün yüksək keyfiyyətli internet lazımdır. "Uzcard" ilə əməkdaşlıq edərək, biz inqilabi planı - "Vodafone"un yaradılmasını həyata keçirməyə başladıq. Hər şey plan üzrə getsə, buraxılış gələn il baş tutacaq”, - deyə Mamatcanov bildirib.

Sahibkar əlavə edib ki, Finlandiyanın "Nokia" şirkəti layihədə avadanlıq və texnologiya təchizatçısı kimi iştirak edəcək. O, artıq avadanlıqların tədarükünə başlanıldığını, quraşdırma işlərinin aktiv şəkildə aparıldığını vurğulayıb.

Kaira Agayeva 

Finss.az