DÜNYA

21 Avqust

Hindistanla Yaponiya təhlükəsizlik və kosmik sahədə əlaqələri gücləndirir

Hindistan və Yaponiya kosmos, kiberməkan, müdafiə və təhlükəsizlik kimi sahələrdə ikitərəfli tərəfdaşlıqlarını gücləndirmək niyyətindədirlər.

Finss.az xəbər verir ki, bu barədə xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirak etdiyi “iki üstəgəl iki” dialoq formatında Hind-Yaponiya görüşünün yekunları üzrə birgə bəyanatda bildirilib.

Hindistan Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş sənəddə deyilir: “Nazirlər kosmos və kiberməkan sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Onlar Hind-Sakit okean regionunda çoxtərəfli müdafiə əməkdaşlığının və mübadilələrin vacibliyini bir daha təsdiq ediblər. Nazirlər “Dharma Guardian”, “JIMEX” və “Malabar” da daxil olmaqla ikitərəfli və çoxtərəfli təlimləri davam etdirmək öhdəliyini ifadə ediblər.

Onlar Hind-Sakit Okean regionunda açıqlıq, şəffaflıq, inklüzivlik, qaydalara əsaslanan prinsiplər və beynəlxalq hüquqa hörməti dəstəklədiklərini bildiriblər. Nazirlər müasir prioritetləri əks etdirmək və qarşılaşdıqları müasir təhlükəsizlik çağırışlarına cavab vermək üçün Hindistan və Yaponiya arasında Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2008-ci il Birgə Bəyannaməsini nəzərdən keçirmək və yeniləmək niyyətindədirlər”.

Kaira Agayeva 

Finss.az