DÜNYA

21 Avqust

Özbəkistan və Çin böyük məbləğdə metallurgiya zavodunun tikintisinə başlayıblar

Trend xəbər verir ki, Özbəkistanın Fərqanə vilayətinin Taşlak rayonunun Tərəkkiyot sənaye zonasında dəyəri 120 milyon dollardan çox olan metallurgiya zavodunun tikintisinə başlanılıb.

Finss.az xəbər verir ki, Çinin “Shandong Aipurui Steel Plate” şirkəti ilə birgə həyata keçirilən layihə üç mərhələdə həyata keçiriləcək.

Bildirilir ki, birinci mərhələnin 2025-ci ilin birinci rübündə başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Zavod daxili bazar və ixrac üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli təkrar emal olunmuş dəmir məhsulları istehsal edəcək.

Bu layihəni həyata keçirmək üçün “Farqona metallurgiya zavodu” adlı Özbəkistan-Çin birgə müəssisəsi yaradılıb.

Kaira Agayeva 

Finss.az