DÜNYA

21 Avqust

Naxçıvan və Türkiyə elektrik enerjisinin ixracı ilə bağlı operator müqaviləsi imzalayacaq

Naxçıvan Dövlət Energetika Xidməti ilə Türkiyənin Elektrik Paylayıcı Sisteminin dövlət operatoru (TEİAŞ) arasında elektrik enerjisinin mübadiləsinə dair saziş imzalanacaq.

Finss.az xəbər verir ki, yaxın vaxtlarda elektrik enerjisinin ixracı üzrə operator müqaviləsinin imzalanması planlaşdırılır.

Bildirilir ki, sazişin hazırlanması zamanı ötürücü və paylayıcı yarımstansiyaların, elektrik xətlərinin vəziyyəti, sayğacların yerləşdiyi yerlər, rele mühafizə sistemlərinin tətbiqi sahəsi, habelə bağlanılması üçün sənədlərin hazırlanması məsələləri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. 

Türkiyə ilə Naxçıvan arasında elektrik enerjisinin ixrac-idxal əlaqələri ilə əlaqədar ENTSO (Avropa Transmissiya Sistem Operatorları Şəbəkəsi) ixrac üçün 75 meqavat (Türkiyə tərəfi passiv ada rejimində olmalıdır) və idxal üçün 40 meqavat (Naxçıvan) elektrik enerjisinin ötürülməsinə icazə verib. 

Kaira Agayeva 

Finss.az