DÜNYA

21 Avqust

İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək

İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək.

Finss.az xəbər verir ki, bu barədə Xarici Əlaqələr Şurasının ekspertlərinin "Foreign Policy" jurnalında dərc olunmuş məqaləsində deyilir.

"İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün yararsız edəcək. Bu yay bölgədə dəhşətli istilər oldu və onun təsirləri bütün dünyaya yayılır", - məqalədə qeyd edilir.

Mütəxəssislər qeyd ediblər ki, bu il iyulun ortalarında Dubayda havanın temperaturu 62 dərəcəyə çatıb. İyunun sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidül-həramda 51 dərəcə hava istiliyi qeydə alınıb. 1300-dən çox insan bu anormal havanın qurbanı olub.

Bundan əlavə, Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər su çatışmazlığı regionun ümumi daxili məhsulunu 14 faizə qədər azaldacaq.

Kaira Agayeva 

Finss.az