DÜNYA

21 Avqust

Göyərtəsində multimilyonerin olduğu superyaxta Bayesian niyə batdı?

Finss.az xəbər verir ki, Avqustun 19-da Britaniya bayrağı altında üzən və dünyanın ən böyük yelkənli yaxtalarından biri hesab edilən 56 metrlik “Bayesian” super yaxtası Siciliya sahillərində batıb. İtaliyanın ASNA agentliyi xəbər verir ki, bu, yerli vaxtla səhər saat 5 radələrində baş verib. Buna səbəb Porticello limanı yaxınlığında lövbər salmış gəmini vuran tufan olub. İtaliya sahil mühafizəsinin məlumatına görə, yaxtada 22 nəfər - 10 ekipaj üzvü və yaxtanın sahibi də daxil olmaqla 12 sərnişin olub.

Bu günə qədər rəsmi məlumatlara görə, sərnişinlərdən biri ölüb, daha 6 nəfər isə itkin düşüb. Bir yaşlı qız da daxil olmaqla 15 nəfər xilas edilib. Sağ qalanlar Palermodakı xəstəxanadadırlar, psixoloqlar qrupu onlara kömək edir.

 "The Guardian" xəbər verir ki, İtkin düşənlərin axtarışı davam edir.

Kaira Agayeva 

Finss.az