DÜNYA

20 Avqust

ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

ABŞ-nin müvəqqəti işlər vəkili Stefani Holms Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Finss.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, Stefani Holmsa Kursk vilayətinin ərazisinə qanunsuz daxil olan amerikalı jurnalistlərin fəaliyyətlərinə görə kəskin etiraz bildirilib.

Daha əvvəl KİV məlumat yayıb ki, ABŞ-nin “Forward Observations Group” özəl hərbi şirkəti sosial şəbəkələrdə Kursk vilayətinin sərhədindəki döyüşlərdə Ukrayna ordusu tərəfdən iştirak etdiyi iddia edilən hərbçilərinin fotosunu yerləşdirib.

Kaira Agayeva 

Finss.az