DÜNYA

20 Avqust

Almaniya sualtı qaz kəmərlərinə nəzarət üçün PUA-lardan istifadə edəcək

Almaniya hərbi donanması pilotsuz aparatların istifadəsini genişləndirmək niyyətindədir və onlardan sualtı kritik infrastruktur obyektlərinə, o cümlədən qaz kəmərlərinə nəzarət üçün istifadə etməyi planlaşdırır.

Finss.az xəbər verir ki, bunu Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı, vitse-admiral Yan Kristian Kaak “The Japan Times” nəşrinə bildirib.

“Biz pilotsuz sistemlər sahəsində texnoloji inkişaflardan irəli gələn imkanları da görürük və bu istiqamətdə səylərimizi gücləndirəcəyik. Bu sistemlərin istifadəsi hərbçilərimiz üçün mümkün təhlükələri minimuma endirəcək. Bundan əlavə, bu sistemlər zəif yerlərə nəzarət üçün idealdır. Buraya xüsusilə, qaz kəmərləri kimi mühüm sualtı infrastruktura nəzarət daxildir”, - o vurğulayıb.

Vitse-admiral, həmçinin bildirib ki, 2035-ci ilə qədər Berlin öz donanmasını müasir freqatlar, sualtı qayıqlar və hərbi avadanlıqlarla ilə təchiz etməyi planlaşdırır.

Kaira Agayeva 

Finss.az