DÜNYA

20 Avqust

Putin Əliyevlərlə neft tankerlərinin birgə istehsalı ilə bağlı razılığa gəlib

Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlərin tikintisinə başlayacaqlar. Bu barədə Rusiya prezidenti Vladimir Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqların yekununda bildirib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyası Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir çay-dəniz tankerlərinin istehsalına başlayır", - Putin bildirib.

Onun sözlərinə görə, bu tankerlərin, o cümlədən Azov-Qara dəniz və Xəzər marşrutlarında istifadəsi “dünya bazarlarına enerji resurslarının tədarükünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”. Putin həmçinin əlavə edib ki, Rusiya şirkətləri Azərbaycan bazarında, o cümlədən LUKOIL və KamAZ-da uğurla fəaliyyət göstərir. Bundan başqa, “Tranmaşholdinq” Bakı Metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalı üzrə daha bir müqavilə imzalayıb.

Kaira Agayeva 

Finss.az