DÜNYA

20 Avqust

Rusiya mağazalarında satılan Ermənistan konyaklarının təhlükəsi: ARAŞDIRMA NƏTİCƏLƏRİ

“Antikontrafakt” beynəlxalq assosiasiyası və Rusiya Federasiyasının Konyak, Spirtli İçkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırması nəticəsində, Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar ki, 90%-inin təhlükəli olduğu ortaya çıxıb. Həmçinin, məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər aşkar edilib.

Finss.az xəbər verir ki, Araşdırma üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Bu nümunələr Rusiyanın müxtəlif federal pərakəndə satış şəbəkələrindən toplanaraq, Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.

Nəticələrə görə, nümunələrin 177-də, yəni 89%-də pozuntular aşkarlanıb. Bu nümunələrin demək olar yarısında qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Üzüm mənşəli spirtlər konyakın əsas tərkib hissəsidir. Yalnız 23 nümunə dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun çıxıb.

Bu araşdırma, istehlakçılara konyak seçərkən diqqətli olmalarını və yalnız sertifikatlı və standartlara uyğun məhsullara üstünlük vermələrini tövsiyə edir.

Fuad Mədətov
Finss.az