DÜNYA

20 Avqust

Qazaxıstanda AES-in tikintisi ictimai narahatlığa səbəb olub

Qazaxıstanda atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı yekun ictimai dinləmələr keçirilib. Astanada və digər iri şəhərlərdə baş tutan tədbirlərdə iştirakçılar AES-in ekoloji, texnoloji və maliyyə risklərinə diqqət çəkib. İqtisadçı ekspert Daniyar Kaliyev, Zaporojye AES, Fukusima və Çernobıl hadisələrini xatırladaraq, nüvə istehsalının köhnəldiyini və bərpa olunan enerji mənbələrinin artdığını vurğulayıb.

Finss.az xəbər verir ki, dinləmələrdə AES-in tikintisi və istismarı qazaxıstanlılar üçün maliyyə çətinlikləri yarada biləcəyi, həmçinin nüvə tullantılarının utilizasiyası məsələlərinin əhəmiyyətli olduğu qeyd olunub. Energetika Nazirliyi, pik saatlarda elektrik çatışmazlığını əsas gətirərək AES-in tikintisini zəruri hesab edir. Nazir Almasadam Satkaliev, ölkənin elektrik enerjisi qıtlığı ilə üzləşdiyini bildirərək, bu səbəbdən bahalı enerji almağa məcbur olduqlarını qeyd edib.

Dinləmələrdən sonra Qazaxıstanda AES tikintisi ilə bağlı referendumun keçirilməsi planlaşdırılır.

Kaira Agayeva

Finss.az