DÜNYA

20 Avqust

Çexiya Prezidenti: Ukrayna NATO-ya üzv olarkən bəzi əraziləri Rusiyanın nəzarətində qala bilər

Çexiya prezidenti Petr Pavel, Ukrayna və Rusiya arasında yaxın illərdə sülh razılaşması əldə olunacağı halda, Ukraynanın bəzi ərazilərinin uzun müddət Rusiyanın nəzarətində qala biləcəyini bildirib.

Finss.az xəbər verir ki, prezident P. Pavel, bu vəziyyətin Kiyevin NATO-ya daxil olmasına mane olmayacağını vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Rusiya ilə sülh danışıqları zamanı öz ərazisinə tam nəzarəti bərpa edə bilməsə belə, müəyyən inzibati sərhədlərin müvəqqəti olaraq qəbul edilməsi ilə Ukrayna NATO-ya qəbul oluna bilər. Bu, Qərb ölkələrinin yeni sərhədləri tanımaması ilə yanaşı, Kiyevin üzvlük prosesinə təsir etməyəcək.

Kaira Agayeva 

Finss.az