DÜNYA

20 Avqust

ÜST meymun çiçəyi ilə mübarizə üçün müvəqqəti təlimatlar qəbul edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika ölkələrində meymun çiçəyi (mpox) epidemiyası ilə mübarizə üçün əlavə müvəqqəti tədbirlər müəyyən edib. Tövsiyələr əsasən epidemiyanın geniş yayıldığı Konqo Demokratik Respublikası (KDR), Burundi, Keniya, Ruanda və Uqandaya yönəlib.

Finss.az xəbər verir ki, xüsusilə Konqoda epidemiya dünya üzrə halların 30%-dən çoxunu təşkil edir.

ÜST-ün təsdiqlədiyi tədbirlər arasında birgə nəzarətin və laboratoriya diaqnostikasının genişləndirilməsi, tibbi yardımların artırılması, peyvəndləmə və əhalinin maarifləndirilməsi kimi addımlar yer alır. Bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almaq və effektiv mübarizə aparmaq məqsədini güdür.

Kaira Agayeva 

Finss.az