DÜNYA

20 Avqust

Səudiyyə Şahzadəsi Ər-Riyadda böyük rəsm qalereyası inşa edəcək

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Ər-Riyadda Luvr muzeyinə bənzər bir rəsm qalereyası tikmək niyyətindədir. Bu barədə Prinston Universitetinin Yaxın Şərq tədqiqatları kafedrasının professoru Bernard Heykel məlumat verib.

Finss.az "The Times" qəzetinə istinadən xəbər verir ki, Heykelin sözlərinə görə, Səudiyyə şahzadəsi ona "Ər-Riyadda çox böyük bir muzey tikmək" istədiyini bildirib və milyonlarla turistin marağını çəkəcək əsas cazibə obyektinin Leonardo da Vinçinin "Salvator Mundi" tablosu olacağını qeyd edib.

Rəsm 2017-ci ildə 450 milyon dollara (360 milyon funt sterlinq) satılıb. Rəsmin sahibinin Məhəmməd bin Salman Əl Səud olması rəsmi olaraq təsdiqlənməyib.

"Daily Mail" yazır ki, rəsm əsərini Səudiyyə Ərəbistanının mədəniyyət naziri postunu tutan Bader Bin Abdullah Bin Mohammed Bin Faran al Saud alıb. Qəzetin yazdığına görə, şahzadə həmin alqı-satqı üçün vəkil kimi istifadə edilib.

Kaira Agayeva 

Finss.az