DÜNYA

20 Avqust

Çində “Qaemi” qasırğası nəticəsində ölənlərin sayı 50-yə çatıb

Çinin mərkəzi hissəsində “Qaemi” qasırğasının qurbanlarının sayı 50 nəfərə çatıb. 15 nəfər isə itkin düşmüş hesab olunur.

Finss.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Hunan əyalətinin administrasiyasına istinadən məlumat yayıb.

“20 günə yaxın davam edən hərtərəfli axtarış-xilasetmə əməliyyatlarından sonra 26 kənd və 5 qəsəbədə 50 nəfərin öldüyü təsdiqlənib. Daha 15 nəfər isə itkin düşüb”, - məlumatda deyilir.

Qeyd edək ki, tayfun Çinin materik hissəsindən əvvəl Tayvanın şərq sahillərində, İlan mahalında tüğyan edib.

Rəsmi məlumatlara görə, adada 10 nəfər təbii fəlakətin qurbanı olub, 890 nəfər isə xəsarət alıb.

Kaira Agayeva 

Finss.az