DÜNYA

20 Avqust

Küveytin paytaxtı istilik səbəbindən elektrik enerjisində fasilələr yaşayır

Finss.az xəbər verir ki, ölkənin Energetika Nazirliyi tərəfindən verilən məlumata görə, bazar günü Küveyt hakimiyyəti ölkənin paytaxtı Küveytdə bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin kəsiləcəyini elan edib.

Nazirlik qeyd edib ki, elektrik enerjisinin kəsilməsi bütün ölkənin enerji təchizatı sistemində tarazlığı təmin etmək məqsədilə həyata keçirilir.

Məlumata görə, paytaxt sakinlərinə yerli vaxtla saat 11:00-dan 17:00-dək istilərin pik dövründə enerji sərfiyyatına daha diqqətli olmaları tövsiyə olunur. Meteoroloqlar isə bildiriblər ki, bazar günü Küveytdə termometr 43 dərəcə Selsiyə çatıb.

Kaira Agayeva 

Finss.az