DÜNYA

20 Avqust

Türkiyədə meşə yanğınları qismən nəzarət altına alınıb

Türkiyənin müxtəlif bölgələrində bir neçə gündür davam edən meşə yanğınları qismən nəzarətə götürülüb.

Finss.az xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı sosial şəbəkə hesabında yanğınla bağlı son vəziyyəti dərc edib.

Məlumata görə, Manisa vilayətinin Gördes rayonları və Uşak vilayətinin Eşme rayonunda hava və quru əməliyyatları nəticəsində yanğın söndürülüb. Hazırda bu rayonlarda tüstü mənbələrinin soyudulması istiqamətində işlər aparılır.

Respublikanın digər rayonlarında da yanğınlar qismən söndürülüb.

Kaira Agayeva 

Finss.az