DÜNYA

19 Avqust

İsrail Prezidenti girovların qaytarılması ilə əlaqədar ABŞ-yə təşəkkür edib

İsrail prezidenti İsxak Hersoq Vaşinqtonun digər vasitəçilərlə birlikdə girovların qaytarılması üçün göstərdiyi mühüm səylərə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkür edib.

Finss.az xəbər verir ki, bu barədə İsrail prezidenti "X"də yazıb.

"Bu səhər mən Blinkenə ABŞ-nin digər vasitəçilərlə birlikdə girovlarımızı evə qaytarmaq üçün göstərdiyi mühüm səylərə görə təşəkkür etdim. Bir daha qeyd etdim ki, girovlarımızı ailələrinə qaytarmaqdan böyük qlobal humanitar iş yoxdur",-o qeyd edib.

İ.Hersoq vurğulayıb ki, İsrail dövləti müxtəlif cəbhələrdə terrorla mühasirəyə alınıb və təhdidlə üzləşib, ancaq eyni zamanda, müttəfiqləri və dostları ilə də əhatələnib:

"Regional sabitliyi və İsrailin özünü qorumaq hüququnu təmin etmək üçün güclü koalisiyaya rəhbərlik edən Baydenə və Amerika rəhbərliyinə dərin minnətdarıq".

Kaira Agayeva

Finss.az