DÜNYA

19 Avqust

Modi Rusiya səfərindən bir ay sonra Ukraynaya səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putin ilə Hindistan baş naziri Narendra Modinin Kiyevdəki görüşünü sərt şəkildə qınayıb. Görüş, Ukrayna paytaxtında yerləşən Oxmatdyt uşaq xəstəxanasına yönəlmiş hücumun baş verdiyi günə təsadüf edib. Bu hücum nəticəsində şəhərdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə əməliyyatı həyata keçirilib.33 nəfərin öldüyü bildirilib.

Finss.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi, Ukraynanın mülki obyektlərini hədəf aldığına dair iddiaları rədd edərək, hücumların yalnız hərbi sənaye obyektlərinə və hava bazalarına qarşı olduğunu iddia edib. Nazirliyin bəyanatına görə, Kiyevdən çəkilən foto və videoların, zenit-raket kompleksindən atılmış Ukrayna hava hücumundan müdafiə raketinin şəhərin müəyyən ərazilərinə düşdüyünü təsdiqlədiyi bildirilib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, hücumun Norveçdən gətirilən NASAMS qurğusundan həyata keçirildiyini açıqlayıb.

Zelenskinin sərt reaksiyasından sonra Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişçuk, Hindistan Xarici İşlər Nazirliyinə dəvət olunub. Hindistan, Ukrayna münaqişəsinə dair birbaşa mövqe bildirməsə də, hər iki tərəfi dialoqa çağırıb. Bu münaqişənin başlamasından sonra Hindistan, Rusiyadan ucuz xam neft tədarükünü artırıb və uzunmüddətli idxal müqavilələri bağlamağı müzakirə edir.

Kaira Agayeva 

Finss.az