DÜNYA

19 Avqust

Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə Qəzzada atəşkəs məsələsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığında Qəzza zolağında atəşkəs razılaşmalarının əldə edilməsinin vacibliyini müzakirə edib.

Finss.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel məlumat verib.

Blinken Yəməndə Ənsar Allaha bağlı husi üsyançılarının fəaliyyətindən də narahatlığını ifadə edib.

Eyni zamanda, amerikalı diplomat Səudiyyə Ərəbistanından olan həmkarına Sudanda hərbi əməliyyatlara son qoymaq üçün danışıqları dəstəklədiyinə görə təşəkkür edib.

Kaira Agayeva 

Finss.az